Cəlilabad rayon sakini oğurluqda şübhəli bilinərək saxlanılıb. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən Cenublu.az-a bu gün, 16 iyun tarixində verilib.
Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbəsindəki bağ evlərinin birindən 10.000 manat dəyərində məişət, elektrik və istixana avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Raul Vəliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.