Cəlilabad rayon sakini Bakıda oğurluq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 aprel tarixində verir.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki mağazada qeydə alınıb. Polis əməkdaşları tərəfindən 517 manat pul və 4320 manat dəyərində ətirlərin qeyri-aşkar şəraitdə oğurlanmasında şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.