Cəlilabad rayonunun Cəfərxanlı kəndində talvar yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, həyatyani ərazidə 120 kv.m sahədə kol-kos, yaxınlıqda ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 1,5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.