Cəlilabad şəhərinin Nəsibə Zeynalova küçəsində uzunluğu 2100 metr olan qaz xəttinin çəkilməsi işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyul tarixində verir.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov aparılan qazlaşma işləri ilə tanış olub, işlərin icrasını həyata keçirən nümayəndələrlə görüşüb, görülən işlərlə bağlı müzakirələr aparıb və müvafiq tapşırıqlar verib.
Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaqlar.