Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 3 iyun tarixində Cenublu.az Report-a istinadən xəbər verir.
Belə ki, Biləsuvar rayon sakini, 24 yaşlı Rafiq Mirzəzadə qarın nahiyəsindən bıçaqlanıb. O, rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata görə, R.Mirzəzadə tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.