top
Cəlilabad rayonu: dolu əkin sahələrinə ciddi ziyan vurub
21 iyun 2023, 22:51
- ↺ +

Cəlilabad rayonu: dolu əkin sahələrinə ciddi ziyan vurub

Cəlilabadın kəndlərində biçilməmiş əkinlər yararsız hala düşüb. Cenublu.az bu barədə 22 iyun tarixində Azertag.az-a istinadən xəbər verir.

Dolu ilə müşayiət olunan yağış daha çox dağlıq ərazilərdə yerləşən kəndlərə ziyan vurub. Kövüzbulaq kəndində, demək olar ki, əksər əkinlər yararsız haldadır. Aran bölgələri ilə müqayisədə taxıl zəmiləri burada gec yetişdiyi üçün sahələrdə biçinə hazırlıq gedirmiş.

Ziyan görmüş torpaq sahibi Əli Həsənov baş verənlərdən danışıb:

“Sanki bir bəla idi, gəldi, getdi. Yarım saat yağan dolu bütün əkinimizi məhv etdi. Əkinimizi sığorta etdirmədiyimiz üçün kompensasiya da düşmür. Güclü dolu taxıl sahələri ilə yanaşı, noxud, mərci sahələrimizi də yararsız hala salıb”.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı İlham Babayev də rayonda əkin sahələrinin yararsız hala düşdüyünü bildirib:

“Bir neçə gün bundan qabaq Cəlilabadın dağ kəndlərində güclü küləklə müşayiət olunan dolu yağmışdır. Yağan dolu nəticəsində yetişmiş məhsullara ciddi ziyan dəyib. Yararsız hala düşən əkin sahələrinə baxış keçirdik. Təəssüflər olsun ki, fermerlər əkin sahələrini sığorta etdirməyiblər. Bu da təbii fəlakət zamanı dəymiş ziyanın ödənilməsini çətinləşdirir”.

Təkcə Kövüzbulaq kəndinin də daxil olduğu inzibati ərazi vahidliyinin tərkibində olan 3 kəndin 1000 hektara yaxın əkin sahəsi yararsız hala düşüb. Biçinə hazırlaşan kəndlilərin bəziləri təbii fəlakətdən sonra sahələri şumlatdırmaq qərarına gəliblər.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Bu gün, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Bu gün, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Bu gün, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Oxşar xəbərlər