Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Türkiyə Respublikasının İzmir şəhərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramında iştirak ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyun tarixində verir.
Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün keçirilən təlimə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Namiq İbrahimov və Yusif Səmədov da qoşulublar.
28 may - 9 iyun tarixlərini əhatə edən təcrübə proqramı Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanmış peşə təhsili sahəsində əməkdaşlığa dair protokol çərçivəsində həyata keçirilir.