top
Bu gün üç lənkəranlı şəhidimizin mövlud günüdür
20 aprel 2023, 07:24
- ↺ +

Bu gün üç lənkəranlı şəhidimizin mövlud günüdür

Bu gün, 20 aprel tarixində Lənkərandan olan şəhidlərimiz - Eşqin Cəfərzadə, Murad Abbasov və Mais Abbasovun mövlud günüdür.

Vətən müharibəsi şəhidi Eşqin Cəfərzadə 1997-ci ildə Darquba kəndində dünyaya gəlib. 2003-2012-ci illər ərzində Darquba kənd tam orta məktəbində 9 illik təhsil alıb. Sonra Lənkəran peşə liseyində avtomobil çilingəri peşəsinə yiyələnib. 2020-ci il sentyabrın 28-də hərbi komissarlığın çağırışı ilə cəbhəyə yollanıb. Hadrutda, Suqovuşanda, Cəbrayılda, Zəngilanda, Füzuli və Qubadlıda döyüşlərdə atıcı kimi iştirak edib. Oktyabrın 21-də Qubadlıda şəhid olub, noyabrın 5-də Şiləvar kənd qəbiristanlığında dəfn olunub.

Vətən müharibəsi şəhidi Murad Abbasov 1998-ci ildə Şıxakəran kəndində anadan olub. 2004-2015-ci illərdə Namiq Həsənov adına Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbində təhsil alıb. Vətən müharibəsində Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Murad Abbasov 23 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. 24 oktyabr 2020-ci ildə Lənkəran rayonunda dəfn olunub.

Birinci Qarabağ müharibəsi şəhidi, baş leytenant Mais Abbasov 1974-cü ildə Lənkəran şəhərində Qurbanəli Abbasovun ailəsində anadan olub. 1982-1991-ci illərdə orta təhsil alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxuyub. Mais Abbasov 1997-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhəri üzrə şöbəsində qeydiyyatdan keçib və Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. Cəbhə xəttində yerləşən "N" saylı hərbi hissələrin birində xidmət edib və hərbi hissənin tərkibində bir sıra hərbi əməliyyatlarda iştirak edib. Tağım komandiri vəzifəsinə kimi yüksəlib. Mais Abbasov 22 sentyabr 1999-cu ildə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər