top
Bu gün şəhid Vüsal Quliyevin mövlud günüdür
05 iyun 2023, 06:58
- ↺ +

Bu gün şəhid Vüsal Quliyevin mövlud günüdür

Bu gün, 5 iyun tarixində qəhrəman şəhidimiz kapitan Vüsal Quliyevin mövlud günüdür.

Vüsal Quliyev 1985-ci ildə Lənkəran şəhərində Tahir Quliyev və Gülparə Quliyevanın ailəsində anadan olub. 1991-2002-ci illərdə Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada orta təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsil alıb. Sonra bir müddət "Zabit ixtisaslaşdırma kursu"ndan keçib. Fərqanə Quliyeva ilə ailəli idi, Ruqəyya, Məryəm və Hüseynəli adlı övladları yadigar qalıblar.

2007-ci ildə ixtisaslaşdırma kursunu başa vuran Vüsal Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrin birində leytenant rütbəsində tağım komandiri kimi hərbi vəzifəsinə başlayıb. 2009-cu ildə Ağstafada baş leytenant rütbəsində batareya komandiri kimi xidmət edən Vüsal Quliyev 2013-cü ildə kapitan rütbəsi alaraq hərbi xidmətini Ağcabədidə davam etdirib. 2016-cı ildə Beyləqanda qoşun xidmət rəisinin müavini, 2019-cu ildə Goranboy rayonunun Goran qəsəbəsində və son olaraq 2020-ci ildə Tərtər rayonunda kəşfiyyat rəisinin müavini olaraq xidmət edib. Hərbi xidmət müddətində fərqləndiyinə görə dəfələrlə medal, fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 28 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "İgidliyə görə" və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər