top
Bu gün şəhid Nayib Qasımovun mövlud günüdür
12 iyun 2023, 04:43
- ↺ +

Bu gün şəhid Nayib Qasımovun mövlud günüdür

Bu gün, 12 iyun tarixi Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Nayib Akif oğlu Qasımovun mövlud günüdür.

Nayib Qasımov 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar kənd tam orta məktəbində təhsil alıb. 2015-ci ilin iyul ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi xidmət edib və həmin dövrdə bir neçə dəfə nümunəvi hərbi xidmətinə görə fəxri fərmanlarla təltif olunub.

Hərbi xidməti bitirəndən sonra könüllü olaraq ordu sıralarında qalıb. 3 aylıq hazırlıq kursu keçəndən sonra çavuş rütbəsində hərbi qulluqçu kimi Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hissəsində xidmət etməyə başlayıb.

2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda və 2020-ci ilin Tovuz döyüşlərində iştirak edib. Aprel döyüşlərində göstərdiyi rəşadətə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.

2020-ci il sentyabrın 27- də Ermənistan ordusunun növbəti silahlı təxribatına qarşı başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi həmişə öndə olub. Göstərdiyi şucaətə  görə, döyüş səngərində baş çavuş rütbəsinə layiq görülüb.

O, 5 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun bir neçə kəndinin mənfur düşmənlərdən təmizlənməsində igidlik göstərib. Şəhid yoldaşlarının nəşini döyüş meydanından çıxararkən başından aldığı qəlpə yarasından özü də şəhid olub. Oktyabrın 6-da  nəşi doğulub boya-başa çatdığı Mahmudavar kəndində böyük izdihamla son mənzilə yola salınıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Nayib Qasımov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər