top
Bu gün şəhid Nahid Məmmədovun mövlud günüdür
09 may 2023, 06:48
- ↺ +

Bu gün şəhid Nahid Məmmədovun mövlud günüdür

Bu gün, 9 may tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı Nahid Hüseynağa oğlu Məmmədovun mövlud günüdür.

Nahid Məmmədov 1990-cı ildə Cəlilabad rayonunun Vənlik kəndində Hüseynağa Məmmədovun və Maral Məmmədovanın ailəsində anadan olub. 1996-2007-ci illərdə Cəlilabad rayon Vənlik kənd tam orta məktəbində orta təhsil alıb.

Nahid Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə sıravi əsgər kimi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "müddətdən artıq hərbi xidmət" kursuna başlayıb. Hərbi xidməti zamanı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən medal, fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. "İgidliyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Vətən müharibəsi bitdikdən sonra Nahid Məmmədov "baş gizir" rütbəsi alıb və Zəngilan rayonunda yerləşən "N" saylı hərbi hissədə hərbi xidmətini davam etdirib.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbçisi kimi iştirak edən Nahid Məmmədov 13 sentyabr 2022-ci ildə Zəngilan rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

14 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Cəlilabad rayonunun Vənlik kəndində dəfn olunub. Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri və Nahid Məmmədovun yaxınları iştirak ediblər.

Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

İlahə Məmmədova adlı xanımla evli idi. Şəhriyar adlı oğlu və Yağmur adlı qızı Vətənə əmanət qalıblar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər