Bu gün, 27 may tarixində Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi Elşən Əfqan oğlu Niftullayevin mövlud günüdür.
Elşən Niftullayev 1999-cu ildə Cəlilabad rayonunun Musalı kəndində anadan olub. Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Niftullayev 10 oktyabrda Ağdərə istiqamətində şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.