top
Bu gün Rəsilə Arifqızının növbəti məhkəməsi olacaq
29 may 2023, 23:12
- ↺ +

Bu gün Rəsilə Arifqızının növbəti məhkəməsi olacaq

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sabiq müavini, məktəbliyə zorakılıq etməkdə ittiham olunan Rəsilə Arifqızı barəsindəki qərardan verilən kassasiya protesti üzrə məhkəmə iclası bu gün, 30 may tarixində Ali Məhkəmədə keçiriləcək. Protest hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Bu haqda məlumatı Cenublu.az Qaynarinfo-ya istinadən verir.

Belə ki, Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Rəsilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edərək işin yenidən araşdırılmasını istəyib. Prokuror hesab edir ki, cinayət işi birinci instansiya və apellyasiya instansiyasında düzgün tədqiq olunmayıb, irəli sürülmüş ittihama görə yüngül cəza təyin olunub.

Qeyd edək ki, istintaqla Rəsilə Arifqızı attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdini yaşadığı evə gətirdib, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb, şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rəsilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

O, ötən ilin iyul ayında vəzifəsindən kənarlaşdırılsa da, hələlik yerinə təyinat olmayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər