top
Bu gün qəhrəman şəhidimiz Nurlan Əsgərlinin anım günüdür
04 aprel 2023, 00:51
- ↺ +

Bu gün qəhrəman şəhidimiz Nurlan Əsgərlinin anım günüdür

Bu gün, 4 aprel tarixində Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin şəhidlik zirvəsinə ucaldığı gündür.

Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. Orta təhsil zamanı idmanla, xüsusilə boksla və cüdoyla məşğul olub. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yerləri tutaraq qayıdıb. Orta məktəbi bitirdikdən sonra, 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olub. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirib. Xidmətinə görə gizir rütbəsi alıb.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri kimi yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşub. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Nurlan Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir İntiqam Əsgərli ilə birlikdə döyüşürdü. Qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşini çıxarıb. Nurlan Əsgərli 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Onun nəşini döyüş meydanından çiyin-çiyinə vuruşduğu doğma qardaşı İntiqam Əsgərli çıxardı. İntiqam Əsgərlinin dediklərindən:









“Komandirimizi (Raquf Orucovu) şəhid gördüyümüzdən ikimiz də çox sarsılmışdıq. Müəyyən bir məsafəyə qədər aparıb, arxada bizi gözləyən əsgərlərə təhvil verdik, sonra Vüqar Yusifovu çıxarmağa getdik.

Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü. Torpağın toz-dumanı çəkiləndən sonra baxdım ki, Nurlan yoxdur.

Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü.

Onun yıxıldığı istiqamətə qaçdım. Qardaşım yaralanmışdı.

Fikirləşdim ki, üstümdəki tibbi ləvazimatla ona yardım edə bilərəm...

Mən Nurlana çatanda, hələ canını tapşırmamışdı...

Onu qollarımın arasına aldım... 30 saniyədən sonra qardaşım şəhid oldu…”


5 aprel 2016-cı ildə Nurlan Əsgərli doğulduğu Masallı rayonunun Viləş kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıblar. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Əsgərli uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nurlan Əsgərli göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

İntiqam Əsgərli isə Vətən müharibəsi zamanı, 9 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
03 oktyabr 2026, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
03 oktyabr 2026, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
03 oktyabr 2026, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
03 oktyabr 2026, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
03 oktyabr 2026, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
03 oktyabr 2026, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Oxşar xəbərlər