top
Bu gün görkəmli uroloq Mirməmməd Cavadzadənin doğum günüdür
18 may 2024, 02:34
- ↺ +

Bu gün görkəmli uroloq Mirməmməd Cavadzadənin doğum günüdür

Bu gün, 18 may tarixində Cənubi Qafqazda ilk böyrək köçürülmə əməliyyatını həyata keçirən, SSRİ məkanında ən güclü uroloji məktəbin yaradıcısı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olmuş görkəmli uroloq Mirməmməd Cavadzadənin doğum günüdür.

Mirməmməd Cavad oğlu Cavadzadə 1927-ci ildə Lənkəran şəhərində anadan olub. Cavadzadə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. O, 1948-1951-ci illərdə Lənkəran və Astara xəstəxanalarında işləyib. 1951-ci ildə Cavadzadə Moskva Tibb İnstitutuna daxil olub. O, 1954-1957-ci illərdə Simferopolda, sonra isə Krım Tibb İnstitutunun Urologiya kafedrasında çalışıb.

Həkim 1958-ci ildə SSRİ-də ilk dəfə keçirilmiş kəskin böyrək çatışmazlığı olan xəstələrin hemodializində iştirak edib.

O, 1963-cü ildə Bakıya gələrək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, 1974-cü ildə isə rektoru təyin olunub və 45 il bu vəzifədə çalışıb. Cavadzadə 1965-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin baş uroloqu təyin edilib. Onun sayəsində 1988-ci ildə İnstitutun klinikası istifadəyə verilib.

Cavadzadənin təşəbbüsü ilə 1966-cı ildə SSRİ dövründə Azərbaycanda yeganə ixtisaslaşdırılmış urologiya klinikası açılıb. Respublika Klinik Uroloji Xəstəxanası Qafqazda yeganə, SSRİ-də isə dördüncü tibb müəssisəsi idi ki, orada böyrək köçürülməsi əməliyyatları uğurla aparılırdı. Hazırda həmin xəstəxana onun adını daşıyır.

1971-ci ildə Cavadzadə Cənubi Qafqazda və müsəlman Şərqində ilk dəfə olaraq terminal böyrək çatışmazlığında böyrək köçürülməsi əməliyyatını həyata keçirib.

Ümumilikdə həkim 19 mindən çox əməliyyat keçirib və 700-dən çox elmi məqalənin müəllifidir.

Cavadzadə Beynəlxalq və Avropa uroloqları cəmiyyətlərinin üzvü idi. 1975-1991-ci illərdə o, həmçinin Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan–Fransa dostluq cəmiyyətinin, Azərbaycan Uroloqları Cəmiyyətinin, başqa ictimai təşkilatların və qurumların sədri olub. Həkim “Şöhrət” ordeni ilə yanaşı, bir çox başqa mükafatlara layiq görülüb.

Cavadzadə 7 avqust 2008-ci ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Siyasət
Dünən, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Dünən, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Dünən, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
26 sentyabr 2026, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

İqtisadiyyat
26 sentyabr 2026, 14:36

Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bütün xəbərlər
26 sentyabr 2026, 13:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
26 sentyabr 2026, 12:34

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
26 sentyabr 2026, 12:01

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb

Cəmiyyət
26 sentyabr 2026, 10:59

Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə yardım göstərib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:16

Astarada narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDU

Faydalı
26 sentyabr 2026, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
25 sentyabr 2026, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
25 sentyabr 2026, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
25 sentyabr 2026, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
25 sentyabr 2026, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
25 sentyabr 2026, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
25 sentyabr 2026, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
25 sentyabr 2026, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
25 sentyabr 2026, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
25 sentyabr 2026, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
25 sentyabr 2026, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Oxşar xəbərlər