top
Bu gün cəlilabadlı Xalq artisti Qabil Quliyevin doğum günüdür
18 aprel 2025, 23:45
- ↺ +

Bu gün cəlilabadlı Xalq artisti Qabil Quliyevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qabil Əzizulla oğlu Quliyev 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub.

O, öncə Tahirli kənd məktəbində, daha sonra isə indiki Cəlilabad şəhər Nizami adına 1 nömrəli məktəbdə oxuyub. Quliyev Cəlilabad şəhərində təhsil alan zaman Pionerlər Evində ilk dəfə Cəfər Cabbarlının “1905-ci il” əsərində rol alaraq, səhnəyə çıxıb. Orta məktəbin 10-cu sinfini bitirdikdən sonra o, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.

Quliyev 1968-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram və kino aktyorluğu fakültəsinə daxil olub. Burada o, Xalq artistləri Əliheydər Ələkbərov və Rza Təhmasibin tələbələrindən biri olub. Universitetdə təhsil aldığı dövrdə Quliyev Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində çalışıb.

Qabil Quliyev 1972-ci ildə universiteti bitirdikdən sonra təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilsə də, o, etiraz edərək Moskva şəhərindəki “Mosfilm” kinostudiyasının hərbi kino bazasında fəaliyyət göstərib. Aktyor burada kütləvi səhnələrin çəkilişlərində kaskadyor kimi çıxış edib. Bir ildən sonra o, Azərbaycana qayıdıb və Lənkəran Dövlət Dram Teatrında işləməyə başlayıb.

Qabil Quliyev 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışır. Aktyor öz fəaliyyəti dövründə 120-dən çox tamaşada rol alıb, bundan əlavə, bir çox bədii filmlərdə çəkilib. Onun ən tanınmış rolları Cəlil Məmmədquluzadənin “Ölülər” və Üzeyir Hacıbəylinin “Olanlardan-keçənlərdən” əsərlərində yaratdığı Kefli İsgəndər və Mirzə obrazları olub.

Aktyor, həmçinin Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs deyib.

Qabil Quliyev 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına, 2009-cu ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqının “Şərəf” mükafatına layiq görülüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Oxşar xəbərlər