top
Bu dəfə Müşviq Şahverdiyev “Cinemazadeh”i məhkəməyə verib
04 aprel 2023, 09:51
- ↺ +

Bu dəfə Müşviq Şahverdiyev “Cinemazadeh”i məhkəməyə verib

Məşhur lənkəranlı aktyor Müşviq Şahverdiyevlə tanınmış film istehsalçısı “Cinemazadeh”in direktoru Cəfər Axundzadə arasındakı qalmaqal daha da böyüyüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 aprel tarixində Axşam.az-a istinadən verir.

Belə ki, Müşviq şirkəti məhkəməyə verib. Artıq Bakı Kommersiya Məhkəməsində ilkin iclas keçirilib və şikayətə baxılıb.

Məsələ ilə bağlı M.Şahverdiyev bildirib ki, qarşı tərəfdən 21 min manat təzminat tələb edir:

"Ofis işi" serialı ilə bağlı biz də həmin şirkəti məhkəməyə verdik. Pulumuzu tam ödəməyiblər. Bir illik müqavilə imzalanmışdı. 3 ay pul verdilər, qalan qonorarı ödəmədilər. 21 min manat mənə borcu var. Uzunmüddətli serial olmalı idi, amma az çəkildi. Bu gün işə baxıblar, məhkəmə aprelin 20-də olacaq".

Aktyor “Cinemazadeh” şirkətinə bundan əvvəlki məhkəmədə uduzması məsələsindən də danışıb. O bildirib ki, hazırda sənədlər toplayır və iki gündən sonra apellyasiya məhkəməsinə müraciət edəcək:

"Bəzi məsələlər var, sənədlər hazırlanır, iki günə apellyasiya məhkəməsinə işi verəcəyik. Qarşı tərəflə danışmamışıq, onlarla işim yoxdur. Məni haqsız yerə məhkəməyə veriblər. Hakimlə və digər işlərlə bağlı bir çox gizli məqamlar var. Məhkəmə bitsin, qərara baxacağam və hər şeyi danışacağam. Apellyasiya məhkəməsini uduzsam, Ali Məhkəməyə müraciət edəcəyəm. Onlar heç bir dəlil göstərmədilər, amma qalib gəldilər. Bu, nə qədər ədalətlidir? Təsəvvür edin, məhkəmədə deyirlər ki, zəng vurduq, gəlmədi. Bunu sübut edəcək dəlilləri belə yoxdur və hakim onlara inanır. Mənim isə dəlillərimi qəbul etmədilər".

Qeyd edək ki, şirkət aktyordan 90 min manat təzminat tələb edir. Şirkət Müşviqlə filmə çəkilməsi üçün müqavilə imzaladığını, aktyorun isə çəkilişlərə gəlmədiyini iddia edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
03 oktyabr 2026, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
03 oktyabr 2026, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
03 oktyabr 2026, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
03 oktyabr 2026, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
03 oktyabr 2026, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
03 oktyabr 2026, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Oxşar xəbərlər