Masallı rayonu Boradigah qəsəbəsi N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbə direktor təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 aprel tarixində verir.
Belə ki, sözügedən vəzifə Emil Vahabova həvalə olunub.
Qeyd edək ki, bu təyinatdan öncə o, “Kaspi” Təhsil Mərkəzinin Lənkəran nümayəndəliyinin müəllimi kimi fəaliyyət göstərib.