Masallıda elektrik enerjisinin tənzimləyicisi təhlükə yaradır. Bu haqda bu gün, 1 aprel tarixində Cenublu.az xəbər verir.
Sözügedən transformator rayonun Boradigah kəndində yerləşir. Sakinlər bildirirlər ki, qurğunun ətrafında təhlükəsizlik hasarı olmadığından narahatdırlar. Transformatorun sakinin evinin həyətində olması isə ayrı problemdir.
Kənd sakinləri tez bir zamanda məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyinə ümid edirlər.