Lənkəran rayonunun Boladı kənd 1 saylı orta məktəbində istilik sistemi bu ilin yayında quraşdırılsa da, dekabr ayı olmasına baxmayaraq məktəbə hələ də istilik verilmir.
Valideynlərin Cenublu.az-a verdiyi məlumata görə, şagirdlər buz kimi sinif otaqlarında dərs keçməyə məcburdurlar. Bu isə həm tədris prosesinə, həm də uşaqların sağlamlığına ciddi təsir göstərir.
Sakinlər aidiyyəti qurumlardan problemin təcili həllini, istilik sisteminin işə düşməsini və məktəbdə normal şəraitin təmin olunmasını tələb edirlər.