Lənkəranda şəhid anası vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində verir.
Birinci Qarabağ döyüşlərində şəhid olan Ərəstun Yədulla oğlu Xalıqovun anası dünyasını dəyişib.
Qeyd edək ki, şəhid Ərəstun Xalıqov 1974-cü ildə Lənkəran rayonunun Əşlə kəndində anadan olub. 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb. Hal-hazırda Lənkəran rayonu Rvo kənd məktəbi şəhidimizin adını daşıyır.