Lənkəran rayonunun Liman şəhərində yerləşən 16 nömrəli körpələr evi-uşaq bağçasının binası yararsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində Xəzər Xəbərə istinadən verir.
Belə ki, 1937-ci ildə istifadəyə verilən bağçada müəyyən zamanlarda pedagoji kollektiv və valideynlərin şəxsi vəsaitləri hesabına xırda təmir işləri aparılsa da, tikili heç vaxt əsaslı təmir olunmayıb.
Ən təhlükəli vəziyyət binanın damındadır. Həyətdəki attraksionlar da artıq sıradan çıxıb. Mavi yanacaq olmadığından bağça qış aylarında odun sobası ilə qızdırılır. Bu isə bütün binanın qızdırılması üçün yetərli deyil.
Məsələyə Lənkəran-Astara Təhsil İdarəsi münasibət bildirib:
“Binada əsaslı təmir işləri bu günə kimi aparılmayıb. Müvafiq qurumlar tərəfindən binaya baxış keçirilib və yeni binanın tikilməsi nəzərdə tutulub”.