top
Biləsuvarda məktəb direktoru və sabiq müavini arasında qalmaqal – Dövlət Agentliyi məhkəməyə verildi
15 aprel 2025, 06:50
- ↺ +

Biləsuvarda məktəb direktoru və sabiq müavini arasında qalmaqal – Dövlət Agentliyi məhkəməyə verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayon Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbinin direktorunun qanunsuz şəkildə işçiləri işdən azad etdiyi iddia olunur.

Bununla bağlı Cenublu.az saytına Alim Həmidli tərəfindən şikayət daxil olub.

Şikayətçi Günəşli kənd ümumi orta məktəbinin direktoru Nərmin Nəbiyevanın qanunsuzluq etdiyini dilə gətirib:

“Həmin məktəbdə direktor müavini vəzifəsində çalışırdım. Məni işdən azad etdi və hazırda iş məhkəmədədir. İşdən azad ediləndən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim və direktor son haqq-hesab pulunu düzgün və vaxtında ödəmədiyi, yəni xitam prosesini pozduğu üçün 700 manat cərimə edildi və buna görə qurum onun haqqında inzibati tənbeh tədbiri gördü”.

Bundan əlavə direktor Nərmin Nəbiyeva işlədiyi iki il ərzində məktəbdə bir neçə dəfə qanunsuz olaraq işçiləri işdən azad edib.

“Məktəbdə xadimə vəzifəsində çalışan bir işçini işdən azad etdiyi üçün Əmək Müfəttişliyi Xidməti onu 1000 manat cərimə etdi. Buna görə də direktor həmin şəxsi işinə bərpa etmək məcburiyyətində qaldı. Daha sonra digər bir xadiməni də qanunsuz işdən azad etdi və bunun üçün də Dövlət Əmək Müfəttişliyi Xidməti Nərmin Nəbiyevanı 1500 manat cərimə etdi və işçinin işə bərpa qərarını verdi.

Lakin direktor həmin işçini işinə bərpa etmədi və məhkəməyə müraciət etdi. Biləsuvar rayon məhkəməsi həmin şəxsin işinə bərpa olunması ilə bağlı qərar verdi, lakin direktor yenə həmin işçini işinə bərpa etmədi və iş hazırda Apellyasiya məhkəməsindədir”, - şikayətçi deyib.

A.Həmidli qeyd edib ki, təkcə bu ilin yanvar ayının 27-si və fevralın 10-da  direktor Əmək Müfəttişliyi Xidməti tərəfindən qanunsuz əməllərinə görə, iki dəfə olmaqla 1700 manat cərimə olunub:

“Ümumilikdə isə, 4 inzibati protokolla 4200 manat cərimə tətbiq olunub. Dəfələrlə mən və digər şəxslər Şirvan-Salyan Regional Təhsil İdarəsi, Biləsuvar rayonu üzrə təhsil sektoruna müraciət etsək də, bu qədər nöqsanı, qanunsuz əməlləri olan direktor vəzifədə saxlanılır. Bütün şikayətlər faydasız qaldığı üçün mən də direktoru işə götürən tərəf kimi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə vermək məcburiyyətində qaldım”.

Şikayət ilə bağlı Biləsuvar rayon Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbinin direktoru Nərmin Nəbiyeva ilə əlaqə saxladıq.

O, bildirdi ki, Alim Həmidli məktəbdə müddətli əmək müqaviləsi ilə çalışıb. Əmək müqaviləsinin müddəti bitəndə işinə xitam verilib:

“Hazırda proses məhkəmədə davam edir. Mən Azərbaycan Qanunvericiliyinə uyğun olaraq xitam prosesini həyata keçirmişəm. Səhv etmişəm, düz etmişəm - məhkəmə qərar verəcək. Alim Həmidli bir il müqavilə ilə xidmət edib. Mənim həmin şəxslə heç bir konfliktim olmayıb. Müqaviləni bağlayan tərəfin biri mən, digər odur.

Kollektiv ilə problemi olub. Sizə deyə bilmərəm. Rayon ictimaiyyətinin bildiyi problemləri, uyğun olmayan məsələlər var idi. Belə şəxslə çalışmaq istəmirdim. Müqavilə bitəndə xitam verdim. İstənilən şəxsdən soruşa bilərsiniz. Əmək Müfəttişliyi Xidmətinin məni cərimə etməsi məsələsinə gəlincə isə bu həmin şəxslərlə mənim aramda olan məsələdir, bunun Alim Həmidli ilə heç bir əlaqəsi yoxdur. Kollektiv onu istəmirdi”.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Oxşar xəbərlər