Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir olunacaq.
İqtisadiyyat. аz xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti hazırlıqlara başlayıb.
Təmir işlərinin həyata keçirilməsinə sərf ediləcək məbləğin 800 min manat olacağı proqnozlaşdırılıb.