Aprelin 23-ü saat 9-a olan faktiki hava açıqlanıb.
Bu barədə Cenublu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, axşam və gecə saatlarında bəzi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Lerik, Yardımlı və Cəlilabadda 6mm-dək təşkil edib.
Dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.