İyunun 26-da müşahidə ediləcək havanın proqnozu açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.