top
Azərbaycanlı alimlər Rəşad Mahmudov və Mircəlal Kazımi beynəlxalq uğura imza atıblar
26 iyun 2023, 04:20
- ↺ +

Azərbaycanlı alimlər Rəşad Mahmudov və Mircəlal Kazımi beynəlxalq uğura imza atıblar

Azərbaycanlı alimlər beynəlxalq uğura imza atıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində Qafqazinfo-ya istinadən xəbər verir.

Belə ki, yerli həkimlərin icra etdikləri əməliyyat müalicə üsulu kimi beynəlxalq klinik protokola daxil edilib.

2019-cu ildə Mərkəzi Gömrük Hospitalında Homoziqot ailəvi hiperlipidemiya diaqnozu ilə müraciət etmiş 5 yaşlı uşağa eyni seansda aorta koronar şuntlama əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı icra olunub. Bunun sayəsində əldə edilən nəticə dünyada çarəsi olmayan xəstələr üçün ümid qapısını açıb.

İlk dəfə 13 noyabr 2019-cu il tarixində tanınmış ürək-damar cərrahı, t.e.d., Dr.Rəşad Mahmudov və komandası süni qan dövranı cihazına girilmədən ürəyin tac damarının dəyişdirilməsini müvəffəqiyyətlə icra edib.

Ardından eyni seansda cərrah-transplantoloq, t.f.d., Dr.Mircəlal Kazımi və komandası tərəfindən əmisinin donorluğu ilə qaraciyər transplantasiyası icra olunub. Bu əməliyyat yazılı dünya tibb ədəbiyyatında ilk icra olunan əməliyyat kimi “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalında dərc edilib.

Azərbaycanlı həkimlərin uğurunun əsası ondan ibarətdir ki, Amerikanın ən nüfuzlu elmi jurnallarından biri olan “Nature” jurnalında bir neçə gün əvvəl yayımlanan “Internatinonal Atherosclerosis Society guidance for implementing best practice in the care of familial hypercholesterolaemia” müalicə protokoluna bu yanaşma daxil olaraq ona istinad edilib.

Amerikanın verdiyi statistikaya görə, hazırda dünyada ortalama 43 min insan bu nadir görünən xəstəlikdən əziyyət çəkir. Bu xəstələrin müalicə olunmadığı zaman 10 yaşına qədər olanların böyük hissəsi, qalanları isə 15-16 yaşına qədər infarktdan və insultdan vəfat edirlər.

Qeyd edək ki, Rəşad Mahmudov 1974-cü ildə Astara rayonunda anadan olub. 77 saylı Astara seçki dairəsindən millət vəkilidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Bu gün, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Bu gün, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Bu gün, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Oxşar xəbərlər