Naxçıvanda Azərbaycan Ordusunun iki hərbi qulluqçusu itkin düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 aprel tarixində verir.
İtkin düşənlər - Bakının Suraxanı rayon sakini Aqşin Qabil oğlu Bəbirov və Lənkəran sakini Hüseyn Əhliman oğlu Axundovdur.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.
Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyünü açıqlayıb.