Astara şəhərində sakinləri yüksək sürətli internetlə təmin etmək məqsədilə yeni dirəklər quraşdırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində verir.
Belə ki, şəhərin Heydər Əliyev prospektində rabitə dirəkləri qurulur. Yaxın zamanda oradan yüksək sürətli internet xətləri keçəcək.