Astara rayonunun ucqar dağ kəndi hesab olunan Lomin kəndində qəzalı dirəklər yeniləri ilə əvəzlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 aprel tarixində verir.
Belə ki, Astara RİH başçısı Qəzənfər Ağayevin 4 aprel 2023-cü il tarixində Lomin kənd sakinləri ilə görüşü zamanı kənd ağsaqqalı Fazil Nabatov çıxış edərək kənd ərazisində bir neçə yüksək gərginlikli elektrik dirəklərinin qəzalı vəziyyətdə olması ilə bağlı məlumat verib.
İcra başçısının tapşırığı ilə Astara Elektrik Şəbəkəsi qəzalı vəziyyətdə olan dirəkləri dərhal yeniləri ilə əvəzləyib.