Astaralı iki tələbə göldə boğularaq ölüblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.
Hadisə Naxçıvan şəhərində baş verib. Belə ki, Astara rayonunun Pensər kənd sakinləri – 19 yaşlı Fəttah Zəkəriyəyev və 18 yaşlı Əli Mehrəliyev Bazar gölünə düşüb və boğulublar.
Qeyd edək ki, hər iki gənc Naxçıvan Dövlət Universitetinin tələbəsi olub.