Astarada şəhid ailələrinə baş çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində verir.
İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova və şöbənin işçiləri, həmçinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə şəhidlər Kamran Seyfullazadə, Elkiyar Məmmədov və Nurlan Rəhimovun ailə üzvlərini ziyarət ediblər.