Astaralı məktəbli Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı yaradıcılıq müsabiqəsində fəxri yer qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
Belə ki, Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbin X sinif şagirdi Şəbnəm Aftandil qızı Məmmədova respublika incəsənət festival-müsabiqəsində “Fortepiano” nominasiyası üzrə II yerə layiq görülüb.
O, təhsil naziri Emin Əmrullayev tərəfindən Fəxri fərmanla təltif olunub.