top
Astaralı reanimatoloq: “Həkim andıma sadiq qalaraq müalicəni sonadək davam etdirirəm” - ÖZƏL MÜSAHİBƏ
12 mart 2025, 03:19
- ↺ +

Astaralı reanimatoloq: “Həkim andıma sadiq qalaraq müalicəni sonadək davam etdirirəm” - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az-ın bugünkü müsahibi həkim-reanimatoloq Cahangir Cahangirovdur.

Müsahibəni təqdim edirik:

- Cahangir bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1982-ci ildə Astara rayonunun Siyaku kəndində anadan olmuşam. 2000-ci ildə Siyaku kənd orta məktəbi bitirib, həmin il Azərbaycan Tibb Universitetin Müalicə profilaktika fakültəsinə daxil oldum. 2007-ci ildə Bakı şəhəri 1saylı Klinik Tibb Mərkəzində internaturanı bitirib, anestezioloq-reanimatoloq ixtisasını qazandım.

2009-2021-ci ildə Lənkəran Diaqnostika Mərkəzində, 2021-ci ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkim anestezioloq-reanimatoloq kimi çalışmışam. 2024-cü ildən Lənkəran Rayon Mərkəzi xəstəxanasında fəaliyyət göstərən ürək-damar cərrahiyyə şöbəsində anestezioloq-reanimatoloq  kimi işləyirəm.

- Reanimatoloq olaraq bu sahəyə necə başladınız?

- Reanimasiya sahəsinə marağım tibb təhsili aldığım müddətdə, əlavə olaraq Bakı şəhəri 1 saylı Klinik tibbi mərkəzdə kiçik tibb işçisi kimi çalışdığım dövrlərdə yaranmışdır. Bu sahənin çətinliklərini və vacibliyini dərk etməyə başladım. 

- Tibb təhsiliniz və reanimasiya üzrə ixtisaslaşma prosesi barədə bizə məlumat verə bilərsinizmi?

- İlk olaraq insan anatomiyası, insanın normal fiziologiyası və digər kafedralarda tədrisi zamanı insan orqanizminin necə mükəmməl çalışdığını mənimsəmək mənə çətin və maraqlı gəlirdi. Tibb təhsilinin nəzəri biliklərini öyrənməklə yanaşı, praktik vərdişlərə yiyələnmək üçün yüksək ixtisaslı həkimlərin yanında çalışırdım.

- Reanimasiya və intensiv terapiya sahəsində ən çox hansı çətinliklərlə üzləşirsiniz?

- Ən çox çətinliklərdən biri xəstənin vəziyyətinin çox sürətlə dəyişməsi və bu dəyişikliklərə əsasən vəziyyətə uyğun sürətli və düzgün qərarların verilməsidir. Bununla yanaşı komanda içində koordinasiyanın düzgün təmin edilməsi emosional cəhətdən çox çətin olur.

- Reanimasiya sahəsində ən çox tətbiq etdiyiniz müalicə metodları hansılardır?

- ⁠Reanimasiyaya müxtəlif xəstəliklərin kritik durumlarında olan xəstələr daxil olur. Bu kritik durumlara uyğun müayinə və müalicə metodları tətbiq edilir. İlk olaraq həyati vacib orqanların bərpası istiqamətində müdaxilələr icra olunur - ağciyər, ürək reanimasiyasi, defibriliasiya, endotraxeal intubasiya. Xəstənin həyati vacib orqanlarının bərpasından sonra xəstəliyinə uyğun mütəxəssis həkimlərin konsiliumu nəticəsində müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.

- Yüksək riskli xəstələri müalicə edərkən hansı prioritetləri nəzərə alırsınız?

- Əsasən həyati təhlükəni aradan qaldırmaq istiqamətində müalicə metodları tətbiq edilir⁠. İlk olaraq ürək-damar sisteminin və tənəffüs yollarının dəstəklənməsi, böyrək fəaliyyətinin dəyərləndirilməsi, laborator analizlərə əsasən orqanizmin su-duz mübadiləsinin, maye balansının təmin edilməsi həyata keçirilir, qan qazları və digər biokimyəvi analizlərə nəzər yetirərək uyğun müalicə metodları tətbiq edilir.

- Qəza və ya qəfil xəstəlik hallarında reanimasiya prosedurlarını necə idarə edirsiniz?

- ⁠Qəza və qəfil xəstəlik insan həyatında ola biləcək bir hadisədir. Bu hadisəni nəzərdə tutaraq reanimasiya və intensiv palatada yerləşən acil masanı kontrol edirəm, süni tənəffüs aparatının işlək vəziyyətdə olmasını yoxlayıram. Xəstə daxil olarkən ilk növbədə tənəffüs yolların keçiriciliyi və ürək-damar fəaliyyəti kontrol edilir. Hemodinamik göstəricilər yoxlanılır. Anında xəstənin vəziyyəti qiymətləndirilərək komanda şəklində müvafiq müdaxilə addımları icra olunur.

- Xəstənin və ya ailəsinin rəyini nəzərə alaraq hansı vəziyyətlərdə həyat dəstəyi müalicəsini dayandırmağı qərar verirsiniz?

- Xəstənin vəziyyəti çox ağır olduqda, həyati dəstək müalicəsinin heç bir müsbət nəticə vermədiyi, əsasən də beyin ölümü gerçəkləşdiyi halda həkimlərin və xəstənin ailə üzvlərinin iştirakı ilə müalicənin dayandırılması haqqında müəyyən fikirlər irəli sürülür. Bütün bunlara baxmayaraq həkim andıma sadiq qalaraq müalicənin sonadək davam etdirilməsini əsas tuturam.

- Gələcəkdə reanimasiya sahəsində hansı dəyişikliklərin baş verəcəyini düşünürsünüz?

- Gələcəkdə reanimasiya sahəsində texnologiyanın inkişafı ilə daha da sürətli və effektli müdaxilələr mümkün olacaq. Yeni cihazlar, texniki vasitələr, dərman preparatları xəstənin həyatinin xilas edilməsi prosesinin daha sürətli və effektli olmasına yardımçı olacaq.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Oxşar xəbərlər