Astaranın fəxri olan professor İlyas Həmidov mükafatlandırılıb. Bu haqda bu gün, 13 iyul tarixində Cenublu.az BizimAstara-ya istinadən xəbər verir.
Astaranın Ərçivan qəsəbəsindən olan İlyas Həmidov Bakı Slavyan Universitetində müasir rus dili kafedrasının müdiridir. Professor universitetin həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə rektor Anar Nağıyev tərəfindən "Fəxri fərman"la təltif edilib.