Astaralı müğənni "İctimai TV"-nin yayımladığı "Səs Azərbaycan" yarışmasında talış dilində ifa etdiyi mahnı ilə könüllərdə taxt qurdu.
Nokautlar mərhələsində çıxış edən Emil Tağıyev talış dilində, sözləri Sərvər Qasımova aid olan "Dilbər" mahnısını ifa edib. Tamaşaçıların rəğbətini qazanan yerlimiz Emil Tağıyevın ifası sosial şəbəkələrdə böyük rəğbət qazanıb.
Qeyd edək ki, Emil Tağıyev "Səs Azərbaycan" yarışmasında Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşovanın komandasında iştirak edir.