Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Astara rayonu, Deqadi kəndində fəaliyyət göstərən Qasımov Əliheydər İbrahim oğluna məxsus “Deqadi” marketində bir sıra nöqsanlar aşkarlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 aprel tarixində verir.
Belə ki, keçirilmiş planlı yoxlama zamanı üzərində etiket məlumatları olmayan və son istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları aşkarlanıb. Həmçinin qida obyektində bəzi qida məhsullarının temperatur rejiminə və saxlanma şəraitinə əməl edilmədiyi, təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyim və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi müəyyən olunub.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib edilib.