Astara rayon Heydər Əliyev Mərkəzində C.Babayev adına şəhər tam orta və S.Yusifov adına Qəçimardə kənd ümumi orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Tarixin istiqamətini dəyişən alim Yusif Məmmədəliyev” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 may tarixində verir.
Tədbirdə qeyd edilib ki, Yusif Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoyub. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərib.
Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.