Astarada Xəzər dənizinin məişət tullantılarından təmizlənməsi aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
Aksiya zamanı Xəzər dənizinin məişət tullantıları ilə çirklənmiş sahil zolağı gənclər tərəfindən təmizlənib.
Qeyd edək ki, aksiya Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, GİKM-in Astara nümayəndəliyi və Astara Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə baş tutub.