top
Astarada Təhsil Festivalı keçirilir
20 may 2023, 06:59
- ↺ +

Astarada Təhsil Festivalı keçirilir

Astarada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Təhsil Festivalı keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində Report.az-a istinadən verir.

Tədbir Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Astara rayonunun Dənizkənarı Park-bulvar kompleksində təşkil olunub.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təhsil Festivalının keçirilməsinin məqsədi özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir.

Qeyd edək ki, Təhsil Festivalında iştirak edən müəssisələr xidmət və məhsullarından ibarət stendlər nümayiş etdirir, universitetlər, ümumtəhsil müəssisələri, peşə məktəbləri, bağçalar və məktəblərlə bağlı müxtəlif layihələrin təqdimatını edirlər. Tədbir çərçivəsində tədris ilində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlər, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər təşkil olunub.

Respublika və beynəlxalq idman yarışları qaliblərinin də təqdimatı keçirilib. İxtisas seçimi, peşə təmayüllü siniflərin istehsalat yönümündə olan təqdimatları, məktəblilərin müxtəlif layihələr üzrə uğurları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Kitab sərgisi, icma və məktəbəqədər təhsil müəssisələri şagirdlərinin ifasında tamaşa və musiqilər də festivala xüsusi rəng qatıb. Regionun peşə təmayüllü siniflərinin, kimyaçı istedadların və Aqrobiomüxtəliflik müsabiqəsinin iştirakçıları, eləcə də “Sabahın alimləri” və “STEAM” layihələrinin qaliblərinin təqdimatları daha çox diqqət çəkib. Festival boyunca iştirakçılar maraqlı məlumatlar əldə edib, şagirdlərin rəsm işləri ilə tanış olublar. Bundan başqa, ümumtəhsil müəssisələrinin məzunları düzgün ixtisas seçimi, təhsil tələbə kreditləri ilə bağlı da məlumatlandırılıblar.

Ümumilikdə festivala 5 minə yaxın iştirakçı qatılıb. Təhsil Festivalı bu gün başa çatacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər