Astarada "Sağlam ana, sağlam nəsil, güclü Azərbaycan!" layihəsi baş tutacaq. Bu haqda bu gün, 25 mart tarixində Cenublu.az “Medican Hospital Lənkəran”ın “Facebook” səhifəsinə istinadən xəbər verir.
Layihə Medican Hospital və Astara Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə martın 26-da start götürəcək. Belə ki, layihə təşkilatçıları cənub bölgəsinin ucqar kəndlərində səyyar həkim heyəti ilə qadın və uşaqların tibbi profilaktik müayinə və maarifləndirilməsini keçirəcəklər. Səyyar heyətə ginekoloq, radioloq və pediatr daxildir.
Səyyar qəbul zamanı göstəriləcək xidmətlər aşağıdakılardır: