Xəzər dənizinin Astara akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Aparılan araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Astara rayon sakinləri Məmmədağa Bağırov, Ağamalı Rzayev və Xanbala Əhədov olduqları müəyyən olub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.