top
Astarada Narkomaniyaya yox deyək mövzusunda maarifləndirici tədbir keçirilib
17 aprel 2023, 00:24
- ↺ +

Astarada "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib

Astara rayon Polis şöbəsinin və Astara rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Mərkəzi kitabxananın oxu zalında "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində verir.

Tədbirdə Astara rayon Polis şöbəsinin rəis müavini, polis polkovniki Amil Seyfullayev, Astara rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Astara rayon Mərkəzi Xəstəxananın narkoloji dispanserinin həkimi Fuad Səmədov, Astara rayon Polis şöbəsinin yeniyetmələr və uşaq işləri üzrə inspektoru, polis leytenantı İxtiyar Arizzadə, Astara şəhər Ş.Qasımov adına 4 saylı orta məktəb, Astara rayon S.Nəsirov adına Seləkəran kənd orta məktəb və Astara şəhər A.Hüseynov adına Suparibağ kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəis müavini, polis polkovniki Amil Seyfullayev narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıb. O, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Çıxışlarda narkomaniyanın fəsadları, narkotik aludəçilərinin müalicə proseduru, onların yenidən cəmiyyətə inteqrasiyası, normal həyat tərzinə qayıtması üçün görüləsi vacib olan işlərdən söhbət açılıb, yeniyetmə və gənclərlə təşkil edilən bu cür  görüşlərin əhəmiyyəti yüksək dəyərləndirilib.

Tədbirdə "Narkomaniyaya yox deyək" adlı maarifləndirici videoçarx izlənilib. Sonda mövzu ilə əlaqədar sərgiyə baxış keçirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər