Astarada “Muzey xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi-mənəvi xəzinədir” adlı sərgi və tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Burada YAP Astara rayon təşkilatının əməkdaşları və şəhər 5 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Görüşdə mərkəzin direktoru Kübra Səmədova və baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış ediblər. Daha sonra şagirdlərin sualları cavablandırılıb.
Sonda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgi ilə tanış olublar.