Astarada yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, Lüdəkaran kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə edilib. Alov söndürülüb.