Astarada “Hüququmuzu bilirik, bullinqə “yox” deyirik” mövzusunda məktəblilərlə görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
N.Əliyev adına adına Maşxan kənd məktəbində baş tutan tədbirdə tədris ocağının direktoru, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı, məktəbin müəllimi iştirak ediblər. Çıxışlarda gənclərlə iş və idman sahəsində qazanılan nailiyyətlər, uşaq hüquqlarının qorunması, bullinqin qarşısının alınması barədə, ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlərin həyata keçirilməsi barədə geniş məlumat verilib. Tədbirdə 47 nəfər şagird iştirak edib.