Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz nəticə göstərib. Bu sözləri o “Sertifikatlaşdırma: Peşəkar müəllim - keyfiyyətli təhsil” tədbirində deyib.
Astara ilə yanaşı, Daşkəsən və Ağcabədidə də bu hal yaşanıb.
Nazir, həmçinin qeyd edib ki, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir. Burada orta bal 40-dan çoxdur.