Astara rayonunda “Gənclər üçün rəqəmsal bacarıqların inkişafı” layihəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində verir.
Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin layihəsi çərçivəsində təşkil olunan təlimlər 2 gün davam edib. İlk gündə gənclər tanışlıq, müxtəlif komanda quruculuğu oyunlarında iştirak edib, akademik məlumat bazaları, onlayn kitabxanalar, eyni zamanda onlayn öyrənmə platformalarından səmərəli istifadəyə yönəlmiş təlim sessiyasına qatılıblar. İkinci gün effektiv rəqəmsal tədris alətləri, onlayn araşdırma metodlarını öyrənmiş, komanda şəklində hazırladıqları tapşırıqları sosial media hesablarında paylaşmışlar.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb.