Astara rayon Mərkəzi Kitabxanasında maarifləndirici tədbir keçirilib. Bu haqda Cenublu.az bu gün, 23 iyun tarixində məlumat verir.
“Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunu əhatə edən tədbirdə gənclər iştirak ediblər. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Reproduktiv sağlamlığın qorunması. Abort və onun fəsadları” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə iştirakçılara reproduktiv sağlamlığın qorunması istiqamətində tövsiyələr verilib, abortların və selektiv abortların mənfi təsirləri və fəsadları izah olunub.