top
Astarada çalışmış polkovnik: “Alim Qasımova dərs demişəm”
17 iyul 2025, 05:01
- ↺ +

Astarada çalışmış polkovnik: “Alim Qasımova dərs demişəm”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir qərinə öncə teleefir məkanına az çıxan, təvazökar görünüşlü bu şəxs həm də özəl səs tembri, məlahətli ifası ilə seçilirdi. Hər adamıın TV-yə çıxa bilmədiyi vaxtlarda o, tez populyarlaşmışdı. Onun “İntizar”, “Dalğalar”, “Vəfadarım” və başqa mahnıları gerçəkdən hit olmuşdu, dillər əzbəriydi... Amma sonradan sanki yoxa çıxdı... Nə efirlərdə göründü, nə də ifaları qulağımıza dəydi.

Söhbət müğənni, pedaqoq, polkovnik Azad Zamanovdan gedir. “Yeni Müsavat”ın əməkdaşı uzun illər səhnədən uzaq düşən sənətkarla söhbətləşib:

- Azad bəy, çoxdandır sizdən xəbər yoxdur. Haralardasınız, nə işlə məşğul olursunuz?

- Bu yaxınlarda 70 yaşım oldu, təqaüddəyəm, yavaş-yavaş qocalırıq (gülür). Bakıda yaşayıram, amma Neftçalaya da gedirəm, orada Kür çayının kənarında qəşəng evim var. Hazırda da rayondayam, dəniz kənarına istirahətə gəlmişəm. Həyatım yaxşı keçir.   

- Təqaüdə çıxdığınızı dediniz, bəs yaradıcılıq? İlham mənbəyiniz də pensiyadadır?

- Saytıma baxın, oraya tez-tez yeni ifalarımı yerləşdirirəm. Televiziyaya özüm tez-tez getmirəm. Nə qədər yalvarıb çağırırlar. Televiziyamızın vəziyyətini bilirsiniz. Ona görə də əvvəllər ifa etdiyim mahnıları özüm üçün yenidən aranjiman edib oxuyuram. Cabir Novruzun, Baba Vəziroğlunun sözlərinə yazılan mahnılara yenidən nəfəs verirəm. Neftçalada istirahət edərkən oxumağa da vaxtım olur. 

- İndiki müğənnilər toya baha qiymətə gedirlər. Siz də dəbə uyğun qiymət deyirsiniz?

- Yox. Lap gənclik illərimdən bu günə qədər heç vaxt toya gedəndə konkret məbləğ istəməmişəm. Gedib oxuyuram, yaxşı da yola salırlar. İndiki zəmanədə ayağımı dirəyib hansısa miqdarda pul istəmək mənim üçün ayıb sayılar. Məni toya çağırırlarsa, deməli, yaddan çıxmamışam. Elə adam var ki, həm özünün, həm oğlunun, həm də nəvəsinin toyunda oxumuşam.

- Sənət adamlarından kimlərlə dostluq edirsiniz?

- Xüsusi dostluq əlaqəm yoxdur. Görəndə salamlaşıram, vəssalam. Üzdə olan müğənnilərin çoxu İncəsənət Universitetində dərs deyərkən  mənim tələbələrim olub. Məsələn, Alim Qasımova, Brilliant Dadaşovaya, Mənsum İbrahimova, Manaf Ağayevə, Almaz Ələsgərliyə aktyorluq sənəti üzrə dərs demişəm.

- Bildiyimə görə, həm də məmur olmusunuz. Sənət və vəzifə, ikisini bir araya necə sığdıra bildiniz?

- Bəli, Astarada gömrük idarəsinin rəisi kimi fəaliyyət göstərmişəm. Oradan polkovnik kimi təqaüdə çıxmışam.

“Qara yanvar” hadisələri, ondan sonra anamın, atamın, qardaşlarımın ard-arda itkisi məni ruhdan saldı. Daha oxumaq istəmədim. Qərar verdim ki, müğənnilikdən uzaqlaşım və ixtisasımı dəyişim. Həmin vaxt İncəsənət İnstitutunda dekan müavini idim.  Beləliklə, 40 yaşımda işimdən getdim və  peşəmi dəyişdim, əvvəlcə hüquq, sonra beynəlxalq hüquq üzrə təhsil aldım. 30 il mahnı oxumadım.

- İndiki məmurların bəzilərindən xalq narazıdır. Siz necə məmur idiniz?

- Mən özümü tərifləyə bilmərəm axı (gülür). Onu mənim işlədiyim dövrü görən adamlardan soruşmaq lazımdır. Bəzən deyirdilər ki, məmur oxuya, bəstəkarlıq edə bilməz. Bunun nəyi pisdir ki? Bill Klinton, Ronald Reyqan da incəsənətlə məşğul olublar. Biri aktyor, digəri isə saksafonçu idi. Əsas məsələ insan olmaqdır, çətini odur.

- Yeri gəlmişkən, hələ də sizə Xalq artisti adı verilməyib. Bu biganəlik nədən qaynaqlanır?

- Heç əməkdar artist adı da verilməyib, qalmışdı ki, Xalq artisti (gülür). Eybi yox, dövlət mənə işlədiyim müddətdə polkovnik rütbəsi verdi. Mən xalqın artistiyəm. 

 

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər